Tibb Universitetinin yanı, Gənclik metrostansiyasına təxminən 10 dəqiqəlik piyada məsafədə yerləşən, premium yaşayış kompleksində qanuni 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzil ASAN Xidmət, Ege Hospital, Olimpik Star, Niaqara Restoranı və Bakı Sağlamlıq Mərkəzinə yaxın ərazidə yerləşməsi ilə seçilir.
Yeni tikili binada yerləşən mənzilin ümumi sahəsi geniş və funksional planlaşdırılıb. Mənzil tam təmirli və əşyalıdır. Daxili hissəsi geniş holl, işıqlı qonaq otağı, rahat yataq otağı, ayrıca mətbəx, sanitar qovşaq və eyvandan ibarətdir. Təmir zamanı yüksək keyfiyyətli və bahalı tikinti materiallarından istifadə olunub, bütün detallar zövqlə seçilib.
Mənzil həm şəxsi yaşayış, həm də investisiya məqsədilə alıb kirayəyə vermək üçün ideal seçimdir. Bu ərazidə qanuni 2 otaqlı mənzillər satışa çox nadir hallarda çıxarıldığından təklif xüsusi diqqətə layiqdir.
Kompleksin geniş və abad həyəti, sakinlərin rahatlığı üçün nəzərdə tutulmuş yeraltı qarajı mövcuddur. Bina premium yaşayış standartlarına cavab verir və əlverişli infrastruktura malikdir.
Sənədlər tam qaydasındadır, çıxarış (kupça) mövcuddur. Mənzil ipoteka üçün də uyğun hesab oluna bilər.
Şirkətin xidmət haqqı 1% təşkil edir.