RENESSANS PALACE - KUPÇALI VƏ İPOTEKAYA YARARLI MƏNZİL SATILIR!!
.
Yasamal rayonu, Z.Xəlilov küçəsi, Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən məşhur RENESSANS PALACE yaşayış kompleksində premium mənzil satışa çıxarılıb.
Mənzil ilkin olaraq 1 otaqlı olsa da, peşəkar şəkildə 2 otağa düzəldilib.
Təmir zamanı zövqlü dizayn və keyfiyyətli materiallardan istifadə edilib.
Mənzildə təmirdən sonra yaşayış olmayıb və tam yeni vəziyyətdədir.
Mənzil bütün əşyaları ilə birlikdə satılır.
Yeni sahibi əlavə xərc çəkmədən dərhal köçüb yaşaya bilər.
Otaqlar geniş, işıqlı və funksional planlaşdırmaya malikdir.
Sənədləri tam qaydasındadır və kupça mövcuddur.
.
Kompleksdə mərkəzləşdirilmiş istilik sistemi, geniş və təhlükəsiz həyət, mərmər örtüklü bloklar, 24 saat mühafizə xidməti və müşahidə kameraları fəaliyyət göstərir.
Sakinlərin rahatlığı üçün binada səssiz və sürətli SIGMA liftləri quraşdırılıb.
Kompleksin ən böyük üstünlüklərindən biri də geniş avtoparking imkanlarıdır.
1551 avtomobil üçün nəzərdə tutulmuş 3 mərtəbəli yeraltı parking mövcuddur.
Bundan əlavə, həyətində müasir uşaq meydançası, tennis kortu, basketbol meydançası, qaçış və velosiped zolaqları yaradılıb.
Kompleksin birinci mərtəbəsində supermarket və müxtəlif obyektlər yerləşir ki, bu da gündəlik həyatı daha rahat edir.
.
Kompleks parkalara, mərkəzi yollara, metroya və prospektlərə yaxın məsafədə yerləşir.
Yaxınlıqda Hüseyn Cavid parkı, Musabəyov parkı və Yasamal parkı yerləşir.
Həmçinin Gənc İstedadlar Liseyi, Fizika Riyaziyyat Təmayüllü Lisey, Avropa Azərbaycan Məktəbi və Zərifə Əliyeva adına lisey cəmi bir neçə dəqiqəlik piyada məsafəsindədir.
.
Ətraflı məlumat və baxış üçün zəng və ya WhatsApp.
Xidmət haqqı 1%