Satılır 2 otaqlı yeni tikili 100 m², Nəsimi r.
Tibb Universiteti, Olimpik Star, Niaqara restoranı və Avrasiya Hospitalın yaxınlığında yerləşən premium layihəli yaşayış kompleksində qanuni 2 otaqlı mənzil satışa təqdim olunur. Ümumi sahəsi 100 kvadratmetr olan mənzil yüksək keyfiyyətlə təmir edilib və yaşayış üçün tam hazır vəziyyətdədir.
Mənzilin daxili planlaşdırılması olduqca funksionaldır. Geniş holl, işıqlı qonaq otağı, rahat yataq otağı, ayrıca mətbəx, sanuzel və eyvandan ibarətdir. Təmir zamanı bahalı və keyfiyyətli tikinti materiallarından istifadə olunub. Mənzil satış məqsədilə deyil, şəxsi istifadə üçün təmir edildiyindən görülən bütün işlər xüsusi diqqət və zövqlə həyata keçirilib.
Ərazi şəhərin ən çox tələbat olan hissələrindən biri hesab olunur. Bu ərazidə qanuni 2 otaqlı mənzillərin satışa çıxarılması nadir hallarda baş verir. Yaxınlıqda Tibb Universiteti, 258 və 47 nömrəli məktəblər, iri marketlər, xəstəxanalar, ictimai iaşə və xidmət obyektləri yerləşir ki, bu da gündəlik yaşayışı olduqca rahat edir.
Binada bütün kommunal xidmətlər mövcuddur, yaşayış üçün əlverişli və prestijli mühit formalaşıb. Mənzilin sənədləri tam qaydasındadır, çıxarış (kupça) mövcuddur və ipoteka üçün yararlıdır.
Şirkətin xidmət haqqı 1% təşkil edir.